“Doqquzluğ”a düşənlər
23.12.2014 - 11:50
“Doqquzluğ”a düşənlər

Toapz Premyer Liqasının ilk yarısında 9 avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmasa, baş tutan 70 matçda 8 futbolçu qapıları səhv salıb.

 

Belə ki, AZAL-ın futbolçusu Eltun Yaqublu digərlərindən fərqli, 1 deyil, 2 avtoqolun müəllifi olub. 9 avtoqol müəllifi arasında olan digərləri hərəyə 1 dəfə üzülüb.

 

Bu “doqquzluq”da AZAL-ın 3, “Sumqayıt”, “Qarabağ”, “Neftçi”, “Simurq” və “Qəbələ”nin hərəsinin 1 üzvü var. “Təyyarəçilər” rekord sayda 4 dəfə qapılarına qol vurub.

 

“Xəzər Lənkəran” hamıdan çox – 3 dəfə rəqiblərinin avtoqoluna sevinib. “Simurq”la “Qarabağ” 2, “Neftçi”,və “Qəbələ” 1 dəfə bu halla rastlaşıb.

 

XI turda daha çox – 2 avtoqol qeydı alınıbsa, XI-XIII turlarda AZAL ardıcıl 3 matçda belə uğursuzluqla üzləşib.

 

II tur

17 avqust (bazar)

“Simurq” – AZAL – 2:0

Tural Nərimanov, 15 (ö.q) 

IV tur

31 avqust (bazar)

“Neftçi” – “Simurq” – 2:1

Karlos Kardoso, 54 (ö.q) 

XI tur

02 noyabr (bazar)

“Xəzər Lənkəran” – “Simurq” – 2:1

Benjamin Lambot, 60 (ö.q)

“Neftçi” – AZAL – 4:0

Eltun Yaqublu, 10 (ö.q)

XII tur

20 noyabr (çərşənbə axşamı)

AZAL – “Qəbələ” – 3:3

Laşa Kasradze, 23 (ö.q)

XIII tur

23 noyabr (bazar)

“Qarabağ” – AZAL – 2:1

Eltun Yaqublu, 57 (ö.q)

XV tur

07 dekabr (bazar)

“Xəzər Lənkəran” – “Qəbələ” – 3:0

Ruslan Tağızadə, 32 (ö.q)

XVII tur

18 dekabr (cümə axşamı)

“Xəzər Lənkəran” – “Qarabağ” – 2:3

Qara Qarayev, 17 (ö.q)

XVIII tur

21 dekabr (bazar)

“Qarabağ” – “Sumqayıt” – 2:0  

Vurğun Hüseynov, 56 (ö.q)