“Dördlər finalı”nda oyunların vaxtı dəqiqləşdi
12.03.2014 - 12:12
“Dördlər finalı”nda oyunların vaxtı dəqiqləşdi

Bakıda keçiriləcək UEFA Futzal Kubokunun “Dördlər finalı”nda oyunların başlanma vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal görüşləri aprelin 24-də  saat 18:30 və 21:00-da keçiriləcək.

 

Bürünc medallar uğrunda matç 2 gün sonra saat 19:00-da başlayacaq. Həmin gün saat 21:30-da isə final baş tutacaq.

 

Yeri gəlmişkən, “Dördlər finalı”nın 3 qarşılaşması “Eurosport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Yalnız üçüncülük uğrunda görüş canlı yox, videoyazı şəklində göstəriləcək.

 

Qeyd edək ki, bu gün saat 15:00-da “Hilton” otelində püşkatma mərasimi keçiriləcək. Bununla da yarımfinal görüşlərində hansı komandaların üz-üzə gələcəyi müəyyənləşəcək. “Dördlər finalı”nın iştirakçıları isə “Araz”, “Barselona”, Moskva “Dinamo”su və “Kayrat”dır. 

0