“Əvvəllər Azərbaycana gələn əcnəbilər bizim futbola yuxarıdan aşağı baxırdılar, çempionatımızı ciddi qəbul etmirdilər. Lakin indi vəziyyət fərqlidi”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov deyib.
28 yaşlı oyunçunun fikrincə, milli komandamızın yeni baş məşqçisi Robert Prosineçkinin ilk gündən futbolumuza olan münasibəti onun burda uğur qazanmasına zəmin yaradır: “Əcnəbilər elə bilirdilər ki, burda əziyyət çəkmədən işləyə biləcəklər. Amma işin içinə girəndə Azərbaycan çempionatının heç də zəif və asan keçmədiyini gördülər. Prosineçki isə birinci gündən işinə ciddi yanaşır. O, çempionat oyunlarına gedir, futbola aid şəxslərlə görüşür. Ümid edirəm ki, Prosineçkinin rəhbərliyi altında milli komandamız daha böyük uğur əldə edər”.
Qeyd edək ki, Asif Məmmədov hələ də Azərbaycan yığmasının formasını geyinməyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı