“Ehtiyatda oturub, pul qazanmaq istəmirəm” – FOTO
19.09.2016 - 19:29
“Ehtiyatda oturub, pul qazanmaq istəmirəm” – FOTO

Bu yay “Barselona”nı “Mançester Siti”yə dəyişən Klaudio Bravo gözlənilməz keçidin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlama verən çilili qapıçı bunu haqsız qazanc istəməməsi ilə əlaqələndirib.

 

Bravo keçidini belə əsaslandırıb: “Barselona”da bir layihə var idi və buna görə bəzən mən, bəzən isə Ter Ştegen ehtiyatda qalmalı idik. Mənim alman qapıçı ilə heç bir problemim yoxdur. Bizim həmişə yaxşı əlaqələrimiz olub. Rəhbərliklə və məşqçilər heyəti ilə də heç vaxt anlaşmazlıq yaşamamışıq. Ancaq mən ehtiyatda oturub, buna görə pul qazanmağı istəmirəm. Bu səbədən də katalonlarla müqaviləni uzatmadım. Qvardiolanın təklifi də yerinə düşdü və iş yerimi dəyişdim”.

0