“Emil Balayev özü haqda müsbət fikir formalaşdıra bilib”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya Bundeslqasında çıxış edən Frankfurtun “Ayntraxt” klubunun məşqçisi Volfqanq Rolff deyib.
Azərbaycan millisində Berti Foqtsun köməkçisi olmuş almaniyalı çalışdığı klubun düşərgəsində baxışda olan Emil Balayevin Frankfurtda qalmaq perspektivindən danışıb: “Hələ bir həftədən artıq müddətdə ona baxacağıq. Bundan sonra da onunla bağlı qərar veriləcək. Emil azad agent statusu alsa, keçidi daha asan başa gələr. Qapıçının Bundesliqa klubu ilə müqavilə imzalamasına Bakıda da çox sevinəcəklər”.
Qeyd edək ki, alman həmkarlarımız Emilin bu həftə “Ayntraxt”da debüt edə biləcəyini iddia edir. Onlar Azərbaycan millisi və “Neftçi”nin qapıçısının U-23-ün heyətində “Verder”lə qarşılaşmada sınanacağını gözləyir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı