“Əsas vəzifəmiz qrupdan çıxmaqdı”
12.01.2016 - 12:39
“Əsas vəzifəmiz qrupdan çıxmaqdı”

“Avropa çempionatının final mərhələsində əsas vəzifəmiz qrupdan çıxmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Çexiya millisinin baş məşqçisi Tomaş Noyman deyib.

 

AVRO-2016-nın final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan çexiyalıların çalışdırıcısı komandasının iddialarını açıqlayıb. O bildirib ki, rəhbərlik etdiyi yığma qrupda ilk iki yerdən birini tutmaq niyyətindədi: “Azərbaycan və İtaliya ilə birlikdə yer aldığımız qrupdan 1/4 finala vəsiqə qazanmalıyıq. Eyni zamanda da öz əvvəlki oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Ən azı bir il əvvəl göstərdiyimiz oyun səviyyəsinə çatmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan millisi Çexiya ilə fevralın 5-də qarşılaşacaq.