“Fənərbaxça”dan sürpriz qərar - FOTO
15.12.2014 - 17:46
“Fənərbaxça”dan sürpriz qərar    - FOTO

“Fənərbaxça” rəhbərliyi iki futbolçusu Əmrə Belözoğlu və Dirk Kuytla bağlı sürpriz qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda komandadan gedişi gözlənilən bu oyunçularla yeni müqavilə bağlanacaq.

 

Kuytdan məmnun qalan “sarı-lacivərdlilər” qış fasiləsində onunla yeni birillik saziş imzalayacaqlar. Əmrənin vəziyyəti isə fərqli olacaq. Təcrübəli yarımmüdafiəçi də yeni müqavilə bağlayacaq. Ancaq o, gələn mövsümdən həm də komandanın idman direktoru vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, Dirk Kuyt 2012-ci ildən, kapitan Əmrə Belözoğlu isə 6 aylıq “Atletiko” macərasını nəzərə almasaq, 2008-ci ildən “Fənərbaxça”nın formasını geyinir.