“Fənərbaxça” axtardığı hücumçunu tapdı
20.01.2015 - 12:57
“Fənərbaxça” axtardığı hücumçunu tapdı

Hücumçu axtarışını davam etdirən “Fənərbaxça” diqqətini “Suonsi”nin futbolçusu Bafetimbi Qomisə yönəldib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu qarşı tərəfə rəsmi təkliflə müraciət edib.

 

Edin Dzeko, Mario Balotelli və Samuel Eto`O kimi ulduz oyunçularla danışıq apardığı iddia edilən “Fənərbaxça” Qomisin adının üzərində dayanıb. Türkiyəlilər 30 yaşlı forvardı hələ yayda transfer etmək istəyirdilər. Ancaq həmin vaxt Qomis İngiltərəyə köçməyi üstün tutmuşdu. Lakin “Suonsi”də işləri qaydasında getməyən təcrübəli futbolçu klubunu dəyişə biləcəyini istisna etməyib. Məhz bundan sonra qarşı tərəflə danışığa başlayan “Fənərbaxça” rəhbərliyinin transferi reallaşdıracağı inandırıcı görünür.

 

Qeyd edək ki, 2008-ci ildən Fransa yığmasına da çağırılan Qomis “Suonsi”dən öncə “Sent-Etyen” və “Lion” klublarının formasını geyinib.