“Fənərbaxça” holland hücumçu ilə anlaşdı
08.07.2015 - 21:24
Hollandiya yığmasının və “Mançester Yunayted”in hücumçusu Robin van Persi “Fənərbaxça” ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə Avropanın bir neçə nüfuzlu mətbu orqanı məlumat yayıb.
“The Guardian”, “SKY Sport” və ESPN-in iddiasına görə, holland hücumçu ilə türk klubu arasında 4 illik müqavilə imzalanacaq.
“Sarı bülbüllər” bu keçid üçün ingilislərə 6.5 milyon avro ödəyəcək.
0
0