“Fənərbaxça” Qəbələyə gəlir
24.01.2014 - 09:01
“Fənərbaxça” Qəbələyə gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun iştirakçıları müəyyənləşməkdədir. Apasport.az saytının məlumatına görə, iştirak üçün dəvət göndərilən tanınmış klublardan ikisi buna müsbət cavab verib.

 

Türkiyə və Rusiya təmsilçiləri, müvafiq olaraq “Fənərbaxça” və Moskva “Lokomotiv”i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. Mayın 29-dan iyunun 1-dək baş tutacaq turnirin digər iştirakçılarının adları isə yaxın günlərdə müəyyənləşəcək.

 

Bu arada turnirdə iştirak üçün dəvət göndərilən İspaniya "Barselona", Hollandiya "Ayaks"ı və İtaliya "Yuventus"unun III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. "Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə razılıq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.

Mənbə: gabalafc.az