“Fənərbaxça”da daha bir futbolçu sıradan çıxdı
12.02.2014 - 03:32
“Fənərbaxça”da daha bir futbolçu sıradan çıxdı

“Fənərbaxça”nın portuqaliyalı futbolçusu Raul Meyreleş sıradan çıxıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, 30 yaşlı yarımmüdafiəçi ötən günkü məşqdə zədələnib. Məşq zamanı sağ arxa əzələsində ağrılar hiss edən təcrübəli futbolçu meydançanı tərk edib. Onun zədəsinin nə dərəcədə olduğu tibbi müayinədən sonra müəyyənləşəcək.  

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2012-ci ildə London “Çelsi”sindən İstanbul klubuna keçib. “Sarı-lacivərdlilər”də Meyreleşdən əlavə Kristian Baroni, Əmrə Bəlözoğlu,  Musa Sou və Pier Vebo da zədəlidir.