“Fənərbaxça”da şad xəbər: Emenike qayıdır
11.02.2014 - 21:25
“Fənərbaxça”da şad xəbər: Emenike qayıdır

Zədə səbəbindən son iki matçda komandasına kömək edə bilməyən “Fənərbaxça”nın təcrübəli hücumçusu Emmanuel Emenikenin vəziyyəti yaxşılaşır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu komandası ilə birgə məşqlərə başlayıb.

 

XVIII turdakı “Konyaspor” matçında zədələnən forvardın növbəti (16 fevral) “Kasımpaşa” matçında meydana çıxacağı deyilir.

 

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu yay Rusiyanın “Spartak” (Moskva) klubundan “sarı-lacivərdlilər”ə keçib. Emenikedən əlavə İstanbul təmsilçisinin digər hücumçuları Musa Sou və Piyer Vebo da zədəlidir.