“Fənərbaxça”nın təcrübəli sağ cinah müdafiəçisi Gökhan Gönül sıradan çıxıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Sivaspor”la keçirilən son matçda zədələnib.
Gökhan oyunun ikinci hissəsində dizindən xəsarət alıb. Şiddətli ağrılar səbəbindən həftə içində keçirilən məşqlərdə də tam olaraq iştirak edə bilməyib. Onun növbəti turdakı “Kasımpaşa” matçında meydana çıxması şübhə altındadır.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Gökhan 2007-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Gənclərbirliyi”ndən İstanbul klubuna keçib. Hazırda “Fənərbaxça”da Gönüldən əlavə İstanbul Emmanuel Emenike, Musa Sou və Piyer Vebo da zədəlidir.