“Fənərbaxça”nın cəzası ləğv olundu
06.02.2014 - 21:55
“Fənərbaxça”nın cəzası ləğv olundu

Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça” klubunun cəzasını ləğv edib.  Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər”ə verilən 1 oyunluq azarkeşsiz oynama cəzası Apellyasiya və Ekspert Komitəsinin qərarı ilə ləğv olunub.

 

Qeyd edək ki, Superliqanın XVIII turu çərçivəsində keçirilən “Konyaspor” matçı ilə “sarı-lacivərdli” azarkeşlərin cari mövsümdə stadionda qeyri-etik şüarlar səsləndirmək və söyüş söymək hərəkətlərini 5-ci dəfə təkrarlaması səbəbindən TFF-nin Nizam İntizam komitəsi bu cəzanı vermişdi. Ancaq İstanbul klubu bu cəza ilə razılaşmayaraq, qurumun Apellyasiya və Ekspert Komitəsinə müraciət etmişdi.