“Fənərbaxça”nın futbolçuları cəzalandırıldı
13.02.2015 - 01:29
“Fənərbaxça”nın futbolçuları cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəli cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna onun Superliqanın son turunda "Trabzonspor"la (0:0) matçdan sonra rəqib komandanın iki nümayəndəsini təhqir etməsi səbəb olub.

 

Belə ki, İntizam Komitəsi “ay-ulduzlular”ın təcrübəli qolkiperinə 4 oyunluq cəza kəsib. Həmçinin, Dəmirəl 23 min 500 türk lirəsi cərimə ödəməli olacaq.

 

"Fənərbaxça"nın digər futbolçusu Caner Erkin isə sözügedən qarşılaşmadan sonra hakimə narazılığını sərt şəkildə bildirdiyi üçün 1 matçlıq cəzalandırlıb.