Caner Erkin iddialı danışdı: “Qalatasaray”a qalib gələcəyik
07.03.2015 - 11:37
Caner Erkin iddialı danışdı: “Qalatasaray”a qalib gələcəyik

“Derbi matçına fərqli hazırlaşmağa gərək yoxdu. Onsuz da, bu cür oyunlara yüksək motivasiya ilə çıxırsan”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Caner Erkin deyib.

 

Superliqanın XXIII turu çərçivəsində sabah “Qalatasaray”la qarşılaşacaq “Fənərbaxça” tərəfi iddialdı. Erkinin sözlərinə görə, derbi onların qələbəsi ilə başa çatacaq: “Qalatasaray”la öz meydanımızda üz-üzə gələcəyik. Deməli, yenə qələbə qazanan tərəf biz olacağıq. Bu mövsüm çempioluq üçün çox çalışırıq. Həm məşqçilər korpusu, həm də futbolçular əllərindən gələni edir ki, azarkeşləri sevindirsinlər. Çempion olacağımıza ürəkdən inanıram”.

 

Karyerası ərzində “Qalatasaray” və Moskva MOİK-inin də formasını geyinmiş Caner “Fənərbaxça” camiəsinin fərqli olduğunu dilə gətirib: “Biz digər komandalardan böyük camiəyik. Başqalarını kiçiltmək istəmirəm, təbii ki, onlar da böyükdülər. Amma bizim komandadakı ailə münasibəti, futbolçuların bir-birinə güvəni və yaşanan hadisələrdən sonra ayaqda durmaq bacarığı nə qədər böyük camiə olduğumuzu təsdiqləyir”.

 

Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” derbisi sabah saat 21:00-da start götürəcək.