“Fənərbaxça”nın futbolçusu sabiq klubuna gedir
12.12.2014 - 20:10
“Fənərbaxça”nın futbolçusu sabiq klubuna gedir

“Fənərbaxça”nın futbolçusu Dirk Kyut cari mövsüm sonunda komandasını tərk edəcək. Apasport.az saytının məlumatına görə, hollandiyalı hücumçunun yeni klubu “Feyenoord” ola bilər.

 

2015-ci ilin yayında İstanbul təmsilçisi ilə müqaviləsi başa çatacaq olan 34 yaşlı oyunçu “sarı bülbüllər”in yeni təklifini rədd edib. Kyut azad agent kimi sabiq komandası “Feyenoord” keçəcək.

 

Qeyd edək ki, Dirk Kyut 2003-cü ildən 2006-cı ilə qədər “Feyenoord”un şərəfini qoruyub. Hollandiya klubunun kapitanı olan forvard 101 matçda meydana çıxıb və 71 qola imza atıb.