“Benfika”nın hücumçusu Oskar Kardoza mövsümün sonunda klubu tərk edəcək. Apasport.az saytının məlumatına görə, onun transferində “Fənərbaxça” klubu da maraqlıdır.
Kardozanın meneceri Pedro Aldave Paraqvay mətbuatına açıqlamasında futbolçunun komandadan ayrılmaq üzrə olduğunu etiraf edib: “Komandadan ayrılması dəqiqləşsə, iyun ayı transfer üçün çox yaxşı bir vaxtdır”.
Adave onu da bildirib ki, bu mövsüm “Benfika”nın əsas heyətindəki yerini itirən Kardozaya İngiltərə, İtaliya, Qətər və Türkiyədən təkliflər var.
Qeyd edək ki, 2007-ci ildə “Benfika”ya keçən Oskar Kardoza Portuqaliya çempionatının 171 oyununda 110 qol vurub.