“Fənərbaxça” forması altında sərgilədiyi oyunla tanınan Con Moşe ölümlə mübarizə aparır. Apasport.az saytı xəbər verir ki, məşhur cənubi afrikalı futbolçu hazırda ölkəsində xəstəxanaların birində nəzarət altındadı.
Artıq 3 həftədi xəstəxanada yatan sabiq futbolçunun vəziyyəti olduqca kritikdi. 49 yaşlı Moşeni anası və həyat yoldaşından başqa heç kimə göstərmirlər. Onun qaldığı otağın qarşısına 2 mühafizəçi qoyulub. Keçmiş oyunçunun son vaxtlar yemək yemədiyi üçün xeyli zəiflədiyi bildirilir.
Qeyd edək ki, Con Moşe 1997-2001-ci illərdə “Fənərbaxça”nın formasını geyinib. O, Türkiyədə “Gənclərbirliyi”, “Kocaelispor” və “Bursaspor” kimi komandalarda da çıxış edib.