Türkiyə millisinin və “Fənərbaxça” futbol klubunun qapıçısı Volkan Dəmirəl məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, Dəmirəl futbolçu Yalçın Ayhanı söydüyü və təhdid etdiyinə görə “Kasımpaşa” klubu tərəfindən məhkəməyə verilib.
“Kasımpaşa” klubunun rəsmi açıqlamasında bildirilir ki, Dəmirəl 2013-cü ildə “Kadıköy Şükrü Saracoğlu Stadionu”nda oynanılan matç zamanı rəqib oyunçuları davamlı olaraq söyüb və təhdid edib: “Matç bitdikdən sonra oyunçular avtobusa minəndə Volkan Dəmirəl futbolçumuz Yalçın Ayhanın yolunu kəsərək “Səni evindən oğurlatdıracağam” deyə təhdid edib, eləcə də söylənməsi mümkün olmayan söyüşlər söyüb. Bundan sonra o, dəfələrlə telefonla zəng edərək Ayhanı bənzər şəkildə söyüb və təhdid edib”.
Bununla bağlı, “Kasımpaşa” klubu Türkiyə qanunlarını əldə rəhbər tutaraq Volkan Dəmirəlin cəzalandırılması tələbi ilə məhkəməyə müraciət edib.