“Fənərbaxça”nın sabiq futbolçusu: Azərbaycandan mənə təklif var
10.03.2014 - 16:52
“Fənərbaxça”nın sabiq futbolçusu: Azərbaycandan mənə təklif var

“Fənərbaxça”ya transfer olmamışdan əvvəl “Ankaragücü”də qalmağımı istəyən çox adam vardı. Onlara qulaq asmadım”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın sabiq futbolçusu Gökhan Əmrəciksin deyib.

29 yaşlı futbolçu “Ankaragücü”də oynadığı vaxt Türkiyənin 4 böyük klubunun diqqətini cəlb edə bilmişdi. 2008/09 mövsümünün qış fasiləsində “Fənərbaxça”ya transfer olunan Əmrəciksin öz səhvindən ordan ayrıldığını bildirib: “İstanbula böyük həvəs və həyəcanla getmişdim. Amma gedəndə böyük çaşqınlıq yaşadım. Gənclikdən doğan canlılıqla bəzi səhvlər etdim. Bu səhvlər sadəcə gecə həyatı və gəzmələrdən ibarət deyil. Sonra səhv qərar daha verdim. Aziz Başkan (Yıldırım – red.) da daxil olmaqla, kimsə mənə “get” demədiyi halda, “oynamadığım komandada qalmaq istəmərəm” dedim. Erkən ruhdan düşdüm. Təbii ki, sonrası peşmanlıq və üzüntü idi. Amma iş işdən keçmişdi artıq”.

Əmrəciksin iyunun 16-da I dəstə təmsilçisi “Boluspor”la 1 illik müqavilə bağlasa da, qış fasiləsində bu komandadan ayrılıb və hazırda gələn təklifləri dəyərləndirir. Onun sözlərinə görə, ölkəmizdən də təklif var: “Fənərbaxça”dan ayrılıb bir neçə komandada oynadıqdan sonra ən başa döndüm. Bu mövsüm futbola başladığım klub olan “Boluspor”la anlaşdım. Təbii ki, bu durum adamın əhvalına çox pis təsir edir. Amma ümidimi itirməmişəm. Qətər və ya Azərbaycandan gələn bəzi təkliflər var. Onları dəyərləndirirəm”.

Qeyd edək ki, Gökhan “Boluspor”, “Ankaragücü”, “Fənərbaxça”dan başqa, Türkiyədə “Bandırmaspor”, “Kayserispor”, “Manisaspor”, “Konyaspor”, “Elazığspor” və “Göztəpə” klublarında çıxış edib.

0