“Feyenoord”un yeni baş məşqçisi bilindi
23.03.2015 - 22:39
“Feyenoord”un yeni baş məşqçisi bilindi

Mövsümün sonunda “Feyenoord”dan ayrılacaq baş məşqçi Fred Ruttenin yerinə gətiriləcək yeni çalışdırıcının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssisi onun köməkçisi olan Covanni van Bronkhorst əvəzləyəcək.

 

“Feyenoord” rəhbərliyi Hollandiya millisinin sabiq futbolçusu 40 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalayıb. Rotterdam təmsilçisinin əfsanəvi futbolçularından olan van Bronkhorstun klubda köməkçisi hazırda eyni vəzifəni daşıyan Jan-Paul van Qastel olacaq.

 

Qeyd edək ki, hollandiyalı futbolçusu 1994-1998 və 2007-2010-cu illər arasında “Feyenoord”da forma geyinib.