“Final mərhələsinə hər qrupdan 4 komanda çıxsa...”
31.03.2014 - 10:10
“Final mərhələsinə hər qrupdan 4 komanda çıxsa...”

2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı H qrupunda yer alan Bolqarıstan yığmasının həlledici raunda yüksəlmək şansı yoxdur. Apasport.az saytının məlumatına görə, belə qənaətə Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoçkov gəlib.

 

ABŞ-da keçirilən DÇ-1994-də ən yaxşı bombardir kimi “Qızıl buts” alan futbol veteranı İtaliya, Xorvatiya, Norveç, Azərbaycan və Maltanın da yer aldığı qrupdakı şanssızlıqlarından danışıb: “Bolqarıstan millisinin bu qrupdan final mərhələsinə çıxacağına şübhə edirəm. İndi isə biz UEFA prezidenti Mişel Platininin növbəti dəfə final mərhələsi ilə bağlı yenilik etməsinə ümid etməliyik. Mənə elə gəlir ki, hər qrupdan 4 komanda vəsiqə qazansa, bizim də final mərhələsində oynamaq şansımız olacaq”.

 

Qeyd edək ki, AVRO-2016-ya hər qrupda ilk 2 yeri tutan komandalar yüksələcək. 3-cü pillə sahiblərindən ən yaxşı nəticəyə malik olanı və digər 8-nin pley-off oyunlarının qalibləri də Fransaya vəsiqə əldə edəcək.