“Fiorentina” İngiltərədən futbolçu alır
23.01.2014 - 02:40
“Kristal Palas”ın futbolçusu Yala Bolanse karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Daily Express” xəbər yayıb.
Belə ki, “Fiorentina” 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. “Bənövşələr” konqolu futbolçu üçün İngilis klubuna 2 milyon avro ödəməyə hazırdır. Gənc futbolçunun da bu keçidə isti münasibət bəslədiyi deyilir.
Qeyd edək ki, Bolanse cari mövsüm Premyer Liqada 13 oyun keçirib.
0
0