“Fiorentina”nın dayaq müdafiəçisi Qonzalo Rodriqes Avropa Liqasının 1/16 final mərhələsindəki “Esbyerq”lə (Danimarka) ilk matçda (20 fevral) komandasına kömək edə bilməyəcək. Apasport.az-ın məlumatına görə, bu barədə Fİtaliya mətbuatı xəbər yayıb.
Belə ki, ombasından zədəli olan 29 yaşlı futbolçunun bir həftə sonra evdə keçiriləcək cavab görüşündə meydana çıxacağı deyilir.
Bundan əlavə “bənövşələr”in zədəli olan digər müdafiəçisi Stefan Saviçin də Danimarka təmsilçisi ilə ilk oyunda komandasına kömək edəcəyi sual altındadır.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Rodriqes 2012-ci ildə İspaniya “Vilyarreal”ından İtaliya klubuna keçib.