“Fulhem” yeni baş məşqçisinə qovuşdu
15.02.2014 - 00:55
“Fulhem” yeni baş məşqçisinə qovuşdu

Ötən ilin dekabrında baş məşqçisi Martin Yolla vidalaşan İngiltərə “Fulhem”i yeni mütəxəssislə anlaşıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

“Ağlar” almaniyalı çalışdırıcı Feliks Maqatı komandanın baş məşqçi postuna gətirib. Premyer Liqa təmsilçisi 60 yaşlı məşqçi ilə 1.5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, məşqçilik karyerası ərzində ölkəsindən başqa yerdə baş məşqçi işləməyən Maqat “Ayntraxt” (1999- 2001), “Bavariya” (2004-2007), “Şalke” (2009-2011) kimi klubları çalışdırıb. Onun son iş yeri isə, “Volfsburq” (2011-2012) olub.