“Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydançanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu szöləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
43 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Neftçala” ilə oyunu (2:1) haqda fikirlərini açıqlayıb: “Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində “Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. “Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.
“Neftçala”nin baş məşqçisi Kamal Quliyev isə yetirmələrindən narazı qalıb: “AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”.
Mənbə: pfl.az
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək