“Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının IV turunun “Bakı” ilə oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq, futbolçulara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”.
Mənbə: pfl.az