Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün daha 5 oyun idarə edəcək. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinin ilk 5 günündə 13 matça çıxan ədalət təmsilçilərimizin təyinatları müəyyənləşib.
FİFA referisi Anar Salmanov “Şandonq Lunenq” (Çin) – “Sankt Qallen” (İsveçrə) matçını idarə edəcək. Ramil Diniyev “Şaxtyor” (Qazaxıstan) – “Qoverla” (Ukrayna), Mahir Məmmədov “Vorskla” (Ukrayna) – “Ordabasi” (Qazaxıstan), Ramiz Məhərrəmov “Irtış” (Qazaxıstan) – “Sarıyer” (Türkiyə), Rauf Cabbarov “Sürix” (İsveçrə) – "Gieonqnam" (Cənubi Koreya) oyununda ədaləti qoruyacaq.