“Hafiz Məmmədov “Lans” üçün böyük tapıntıdır. O, kluba böyük xeyir gətirəcək”. Lent.az-ın məlumatına görə, bunu “France Football”a açıqlamasında fransalı sabiq futbolçu Stefan Borbikoni deyib.
Vaxtilə “Bakı”nın da şərəfini qorumuş Borbikoni klub prezidenti Hafiz Məmmədov barədə danışıb. Sabiq müdafiəçi bildirib ki, H. Məmmədov “Lans”a 40 milyon avro ayıra bilər: “Onun futboldan heç bir qazancı yoxdur. Məmmədov taksomotor, qaz və neftlə bağlı şirkətlərini idarə etmək üçün vaxtını Moskva-Dubay-London arasında keçirir. O, bütün dünyaya öz xalqı barədə danışmaq istəyir. “Lans”ın futbolkalarına baxın, görün nəyə sponsorluq edir? O, formanın üzərində öz şirkəti “Baghlan Group”u yox, “Azerbaijan Land of Fire” yazdırıb. Bu, Fransua Pinonun “Latsio”nu alaraq, formasına “France” yazdırması kimi bir şeydir”.
Qeyd edək ki, Stefan Borbikoni 2010-cu il avqustun 31-dən 2011-ci ilin yayınadək “Bakı”da çıxış edib.