“Hamımız şokdayıq”
19.11.2015 - 09:11
“Hamımız şokdayıq”

“Düzünü deyim ki, Azərbaycana uduzmağımıza inanmağım gəlmir. Xüsusilə də 0:3 hesablı məğlubiyyətə”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının futbolçusu Andrey Panyukov deyib.

 

Gənc hücumçu AVRO-2017-nin seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyununda üzləşdikləri 0:3 hesablı məğlubiyyət haqda fikirlərini bildirib: “Buna görə xəcalət çəkirəm. Hamımız şokdayıq. İstərdim ki, bu məğlubiyyətdən sonra da vahid komanda kimi qalaq. Rəqibin iki qol imkanı və qapımıza təyin olunan penalti 3 qolla nəticələndi. Çoxsaylı qol imkanlarımız olsa da, heç birindən yararlana bilmədik”.

 

Qeyd edək ki, bu, Rusiya millisinin 4 oyunda aldığı 3-cü məğlubiyyətdi.