“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi müasir futbolda oyunçuların transfer qiymətindən şikayətlənib.
Özil futbolçuların dəyərlərinin həddindən artıq şişirdildiyini bildirib: “Dünyanın heç bir futbolçusu 50 milyon avroya dəymir. Bu məsələdə diqqətli olmaq lazımdı. Çünki qiymətlərin şişirdilməsi futbola mənfi təsir edə bilər”.
Qeyd edək ki, Özil “Arsenal”a 2013-cü ildə Madrid “Real”ından transfer olunub. O, “topçular”ın heyətində ümumilikdə 78 oyunda 12 qola imza atıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"