“Heç kim bizi müdafiə futbolu oynamaqda qınamasın”
30.09.2014 - 10:14
“Heç kim bizi müdafiə futbolu oynamaqda qınamasın”

“Avroliqanın ilk turunda səfərdə Ukraynanın “”Dnper” klubu ilə keçirdiyimiz oyundan sonra yorğun idik. Həmin yorğunluq çempionatın bütün matçlarına təsir etdi”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in kapitanı Andrea Ranokkia deyib.

 

Avropa Liqasının qrup mərhələsinin II oyununda oktyabrın 2-də doğma meydanda “Qarabağ”ın qəbul edəcək İtaliya klubunun müdafiəçisi matç haqqında danışıb: “Çempionat oyunlarında yaxşı nəticə göstərə bilməməyimin günahı təkcə baş məşqçimiz Valter Matsaridə deyil. Hər kəs məsuliyyəti dərk etməlidir. Çünki “İnter”in uğursuzluğuna hamımız şərikik. İndi səhvlərimizi anlamalıyıq. III turda “Palermo” ilə oyunda baş məşqçimiz meydana 5 hücumameyilli futbolçu buraxmışdı. Amma xeyri olmadı. Heç kim bizi müdafiə futbolu oynamaqda qınamasın. Həmin oyunda 3 xala yaxın olsaq da, sonda 1 xalla kifayətləndik. Biz bütün oyunları qazanmaq istəyirik. Azarkeşlərimizdən tək xahişim odur ki, “Qarabağ”la oyunu düşünsünlər və keçmişi unutsunlar. Biz Azərbaycan klubu ilə oyunda qələbə qazanmaq istəyirik. İnanıram ki, bizi sevənləri sevindirəcəyik. Avroliqa da bizim üçün A Seriyası kimi vacib turnirdir”.