“Sabah axşam hər birimiz bacarıqlarımızın 100 faizini meydanda göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona” ilə Çempionlar Liqası final matçından öncə “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib.
Əla fiziki və psixoloji formada olmaq məcburiyyətində olduqlarını qeyd edən Alleqri, qarşılaşdıqları rəqibin həm komanda şəklində, həm də idividual olaraq əla oyunçulardan təşkil olunduqlarını bildirib:
“Barselona” çox güclüdü, ancaq hər bir komanda kimi onların da zəif tərəfi mütləq var. Messini saxlamaq realdımı? Sabah baxacağıq buna. Biz məhz elə bunun üçün burdayıq”.