Marselo Brozoviç: Hesab 9:0 da ola bilərdi
14.10.2014 - 11:34
Marselo Brozoviç: Hesab 9:0 da ola bilərdi

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan üzərində 6:0 hesablı qələbə qazanan Xorvatiya millisinin müdafiəçisi Marselo Brozoviç matç haqqında danışıb. Apasport.az xəbər verir ki, yerli mətbuata açıqlama verən futbolçu rəqibin 2-ci qoldan sonra şoka düşdüyünü deyib: “Oyun tamamilə bizim nəzarətimizdə idi. Rəqibə göz açmağa imkan vermədik. Erkən qol vurub, Azərbaycanı oyundan qırdıq. Onları “sındırdıq”. Belə qələbə çox yerində gəldi. Azərbaycan yığmasına daha çox qol vura bilərdik. Hesab 8:0 və ya 9:0 da ola bilərdi. Bəzi epizodlarda bəxtləri də gətirdi”.

 

 

 

0