“III təsnifat mərhələsinə yüksəlmək iddiasındayıq”
17.07.2015 - 13:48
“III təsnifat mərhələsinə yüksəlmək iddiasındayıq”

“Qəbələ”yə qarşı möhtəşəm oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu Filip Stoykoviç deyib.

 

Müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunundakı 1:0 hesablı qələbədən məmnun qalıb: “Xüsusilə də komanda oyunumuz alındı. III təsnifat mərhələsinə yüksəlməmək iddiasındayıq. Məqsədimiz Avropa səviyyəli böyük klublar sırasına düşməkdi. Daha bir qol vurmağımızı istəyirdim. Amma bunu gerçəkləşdirə bilmədik. Artıq Azərbaycana yollanmağa hazırlaşırıq. Cütün taleyinə cavab matçında aydınlıq gələcək.