“İki xal itirdiyimizə görə çox pərt olmuşam”
28.09.2014 - 20:50
“İki xal itirdiyimizə görə çox pərt olmuşam”

“Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.

 

Rumıniyalı çalışdırıcı bu gün Topaz Premyer Liqasının VII turunda “Qəbələ”nin öz meydanında “Xəzər Lənkəran”la 1:1 hesablı bərabərə qalmasından danışıb: “Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən yararlanıb, qapımıza yol tapdı. İki xal itirdiyimizə görə çox pərt olmuşam”. (pfl)