“İlk seçimim “Simurq” olacaq”
30.05.2014 - 15:04
“Simurq”la müqaviləmin müddəti bitib. Biz yenidən danışıqlara başlamışıq”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”la müqaviləsi bitən xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak deyib.
O, böyük ehtimalla növbəti mövsümdə də Zaqatala təmsilçisinin heyətində oynayacağını bildirib: “Çünki klub mənimlə yeni müqavilə imzalamaq istəyir. Başqa təkliflərim olsa da, ilk seçimim “Simurq” olacaq. Yaxın günlərdə bütün məsələlər aydınlaşacaq”.
0
0