“İnter” 5 yoxlama oyunu keçirəcək
19.05.2014 - 16:47
“İnter”in Avstriya toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarının sayına aydınlıq gəlib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” Mərkəzi Avropa ölkəsində 5 yoxlama görüşü keçirəcək.
Oyunların vaxtı və rəqiblərin adları isə yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, iyunun 1-dən 10-dək Türkiyənin Kartəpə bölgəsində hazırlaşacaq “İnter” toplanışın ikinci mərhələsini Avstriyada həyata keçirəcək. Avstriya hazırlıqları iyunun 13-dən 27-dək davam edəcək.
0
0