“İnter” – “Qarabağ” oyununda belaruslu hakim
29.09.2014 - 13:52
“İnter” – “Qarabağ” oyununda belaruslu hakim

“Qarabağ”ın İtaliya “İnter”i ilə oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunun qarşılaşmasını Belarusdan olan hakimlər idarə edəcək.

 

Oktyabrın 2-də baş tutacaq qarşılaşmanın referisi Aleksey Kulbakov olacaq. Bakı avxtı ilə saat 00:05-də başlayacaq görüş  Milan şəhərindəki "Cüzeppe Mearsa" stadionunda keçiriləcək.

 

Avropa Liqası

Qrup mərhələsi

II tur

2 oktyabr

00:05. “İNTER” (İTALİYA) - “QARABAĞ” (AZƏRBAYCAN) 

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Andrey Getsikov

Dördüncü hakim: Oleq Maslyanka

Əlavə hakim köməkçiləri: Sergey Sinkeviç, Denis Şerbakov (hamısı Belarus)

UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya)

Hakim-inspektor: Frank De Bleekere (Belçika)

Milan. "Cüzeppe Meatsa" stadionu