“İnter” “Aktobe” ilə oyuna hazırlaşır
18.01.2014 - 00:11
“İnter” “Aktobe” ilə oyuna hazırlaşır

Məlumat verdiyimiz kimi, hazırda “İnter” Türkiyədə  təlim-məşq toplanışı keçirir. Apasport.az klub saytına istinadən xəbər verir ki, ötən gün paytaxt klubu plana uyğun olaraq iki dəfə məşq edib.

 

Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra qapıya zərbələr üzərində çalışıblar. Axşam məşqində isə komanda müxtəlif taktiki tapşırıqları yerinə yetirib. Məşq prosesi ikitərəfli oyunun keçirilməsi ilə başa çatıb.

 

Xatırladaq ki, "İnter" bu gün növbəti yoxlama matçını keçirəcək. “Bankirlər”in rəqibi Qazaxıstanın "Aktobe" klubu olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 19.00-da başlayacaq.