“İnter” qələbəni əldən verdi
18.01.2014 - 20:51
“İnter” qələbəni əldən verdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter” bu gün növbəti yoldaşlıq matçını keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibi Qazaxıstanın "Aktobe" klubu olub.

20 Yanvar şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlayan qarşılaşmada qalib müəyyənləşməyib. Fasiləyə az qalmış Aleksandr İşavilinin qolu ilə hesabı açan “İnter” üstünlüyü sonacan qoruya bilməyib. 88-ci dəqiqədə “Aktobe”nin vurduğu qol qarşılaşmada sonuncu olub – 1:1.

Qeyd edək ki, İlk sınaq matçında Hollandiya təmsilçisi "Astern"i 8:0 hesabı ilə üstələyən Kaxaber Sxadadzenin yetirmələri Almaniyanın 3-cü dəstəsində çıxış edən "Holşteyn Kil"ə 0:3 hesabı ilə uduzmuşdu.

Yoxlama oyunu

18 yanvar

“İnter” – “Aktobe” - 1:1

Qol: İaşvili, 41