“İnter” “Fənərbaxça” ilə yarışır
09.04.2016 - 13:16
“İnter” “Fənərbaxça” ilə yarışır

“Valensiya”nın yarımmüdafiəçisi Sofian Fequli uğrunda mübarizə qızışır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uzun müddətdi 27 yaşlı futbolçu ilə maraqlanan “Fənərbaxça”ya yeni rəqib çıxıb.

 

İndi də “İnter” Əlcəzair millisinin üzvü uğrunda mübarizəyə qoşulub. Milanlılar Fequliyə illik 2,7 milyon avro maaş təklif ediblər. Lakin Türkiyə klubunun təklifi daha cəlbedicidi. Çünki onlar ulduz futbolçunun ilinə 3 milyon avro verməyə hazırdılar.

 

Qeyd edək ki, “Tottenhem” və “Liverpul” da Fequlini heyətinə cəlb etmək niyyətindədi.

0