“İnter” “Liverpul”un futbolçusunu istəyir
22.12.2014 - 21:37
“İnter” “Liverpul”un futbolçusunu istəyir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” “Liverpul”un dayaq yarımmüdafiəçisi Lukas Leyva ilə yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, bu haqda Milan klubunun baş məşqçisi Roberto Mançini bildirib.

 

İtaliyalı mütəxəssis bu keçidin çətin olacağını vurğulayıb: “Lukas Leyva? Onu əldə etmək çox çətin olacaq, amma o “İnter”ə kömək edə bilər. Çünki braziliyalı böyük təcrübəyə malikdi. Ümumiyyətlə belə istedadlı oyunçunun transferini müzakirə etmək qeyri-mümkündü. Ona görə ki, hazırda Leyvanın hüquqları “Liverpu”a məxsusdu.

 

Qeyd edək ki, 2007-ci ildən ingilis klubunun formasını geyinən Lukas çox vaxt “Liverpul”un əsas heyətinə düşə bilmir. Leyva cari mövsümdə yalnız bir dəfə meydana çıxıb.