2014-cü ilin yekunlarına əsasən, dünyanın ən güclü 1000 klubunun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın 3 komandası da yer alıb.
Ən yaxşı göstəriciyə malik təmsilçimiz “Qarabağ”dı. Son ölkə çempionu və hazırkı lider Avropa Liqasının qrupuna düşdüyündən, xal hesabını xeyli artırıb. Nəticədə 1334 xala malik Ağdam klubu dünyanın 472-ci komandasıdı.
300 xala malik “İnter” isə 773-cü pillədə qərarlaşıb. “Neftçi” isə 40 xalla 929-cudu.
Qeyd edək ki, siyahının ilk pilləsində İspaniya “Real”ı qərarlaşıb – 20082 xal. Almaniya təmsilçisi “Bavariya” 14813 xalla 2-ci, Madrid “Atletiko”su 14705 xalla 3-cüdü.