Avrokubokların I təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın klub reytinqində müəyyən dəyişikliklər qeydə alınıb. Apasport.az saytının məlumatına görə, siyahıda 7 Azərbaycan komandası yer alıb.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları klublarımızın hesabına əlavə xal gəlməsi ilə nəticələnib. “İnter” həm mərhələ adlaması, həm də qazandığı qələbələr üçün xal əldə edib. Digər klublar isə ölkənin ümumi reytinqinə gələn xalların bir hissəsini hesabına artırıb.
“İnter” cari mövsüm qazanılan xallara görə “Neftçi”yə çatıb – hər ikisi 0,600. “Qarabağ” 1,100, “Qəbələ” 0,350, digər klublar isə hərəyə 0,100 xal yığıblar.
189. “Neftçi” – 7,375
199. “Qarabağ” – 6,875
269. “İnter” – 4,375
297. “Xəzər Lənkəran” – 3,625
350. “Bakı” – 2,625
382. “Qəbələ” – 2,125
382. AZAL – 2,125
Qeyd edək ki, siyahıya “Real” başçılıq edir - 143,299 xal.