Topaz Premyer Liqasında sonuncu turunun oyun cədvəli açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, XXXVI turun 4 oyunu eyni saatda başlayacaq.
Mövsümə isə Bakıda yekun vurulacaq. “Qarabağ”a qızıl medalların verilməsi səbəbindən “Xəzər Lənkəran” ağdamlılarla Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
“Qarabağ” kimi “İnter”in də oyununun yeri dəyişilib. “Bankir”lər artıq gümüş medalı təmin etdiklərindən mükafatlarını almaq üçün “Şəfa” stadionunda AZAL-ı sınağa çəkəcəklər.
“Xəzər Lənkəran” – “Qarabağ” görüşünün də gec başlaması məhz bu səbəbdəndir. Çünki öncə “İnter”i mükafatlandıracaq PFL ardınca Tofiq Bəhramov adına Respublika stadionuna yollanacaq.
XXXVI
17 may (şənbə)
17:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
17:00. AZAL – “İnter”
“Şəfa” stadionu
17:00. “Rəvan” – “Bakı”
“Bayıl Arena” stadionu
17:00. “Simurq” – “Neftçi”
Zaqatala şəhər stadionu
19:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Tofiq Bəhramov adına Respublika stadionu