“İnter”&“Qəbələ”: Statistika nə deyir?
10.07.2014 - 10:33
“İnter”&“Qəbələ”: Statistika nə deyir?

Azərbaycan klubları “İnter”lə “Qəbələ”nin mərhələ keçmək şansları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin oyunlarında qeydə alınan nəticələrə əsasən, müəyyən ehtimallar irəli sürmək mümkündü.

 

Öz meydanında Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna 0:2 hesabı ilə uduzan “Qəbələ”nin şansı çox azdır. Çünki klublarımızın avrokuboklardakı 20 illik çıxış ərzində ilk matçda səfərdə 2 cavabsız qol vuranlar həmişə mərhələ adlayıb. Bütün hallarda uduzan komanda Azərbaycan təmsilçisi olub. Evdə uduzan klubumuz cavab oyununda da qalib gələ bilməyib.

 

1997/98. “Neftçi” – “Vidzev” (Polşa) – 0:2, 0:8

2000/01. “Kəpəz” – “Antalyaspor” (Türkiyə) – 0:2, 0:5

2006/07. “Karvan” – “Slaviya” (Çexiya) – 0:2, 0:0

2013/14. “Qarabağ” – “Ayntraxt” (Almaniya) – 0:2, 1:2

 

Moldovada “Tiraspol”a 3:2 hesabı ilə qalib gələn “İnter” isə daha şanslıdı. Çünki ilk matçda belə qələbə qazanmaq kifayət qədər böyük üstünlükdü. Təmsilçilərimizin ilk matçlarında indiyədək 1 dəfə belə hal qeydə alınmışdı. Onda da “Neftçi” evdə 2:3 hesabı ilə uduzmuşdu. Belə qələbə qazanan “Srvena Zvezda” isə üstünlüyünü qoruya bilmişdi.

 

1999/2000. “Neftçi” – “Srvena Zvezda” (Serbiya) – 2:3, 0:1