Ölkə kubokunun 1/4 final mərhələsində martın 13-də “Xəzər Lənkəran”la cavab oyununa çıxacaq “İnter” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “bankirlər” bu gündən məşqləri intensivləşdiriblər.
İlk görüşdə 2:0 hesablı qələbə qazanan paytaxt klubunun heyətlə bağlı problemi yoxdu. Bu isə o deməkdi ki, Kaxaber Sxadadze kubok görüşündə istədiyi heyətə şans verə biləcək. Əvəzində “İnter” “Qəbələ” ilə keçiriləcək çempionat matçına itki ilə çıxacaq. Komandanın aparıcı oyunçularından olan Sezar Meza Kolli bu görüşdə forma geyinməyəcək. Buna səbəb italiyalı futbolçunun cəzalı olmasıdı. AZAL-la qarşılaşmadan sonra cəzalandırılan Sezar “Qəbələ” ilə oyunu buraxandan sonra cəzasını bitirəcək.
Qeyd edək ki, “İnter” – “Qəbələ” matçı martın 18-də keçiriləcək.