“İnter” "Kayrat"a qalib gəldi
15.01.2015 - 00:41
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “İnter” növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Antalyada 3-cü yoxlama görüşünə çıxıb.
Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşan Kaxaber Sxadadzenin yetirmələri meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. “İnter”in heyətində Nizami Hacıyev, Diyeqo Madriqal və Mikel Alvaro fərqləniblər.
Qeyd edək ki, “İnter” Türkiyə təmsilçisi “İnegölspor"a 4:1 hesabı ilə qalib gəlib, Almaniya klubu “Energi” ilə bərabərə qalıb – 1:1.
0
0